-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin məşhur İdman məktəbi sökülür

Gəncənin məşhur İdman məktəbi sökülür.

01:43:02 | 2020-07-31

Gəncədə uzun illlərdir fəaliyyət göstərən idman məktəblərindən olan və Gəncə idmansevərlərinin daha çox “Sport Şkola” kimi tanıdığı idman bazası sökülür.

Əvvəlki adı Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı indi isə sonuna Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi sözləri əlavə edilən idman ocağının yerləşdiyi baza 1980-ci ildə istifadəyə verilib. Sovetlər dövründə tikilən məktəb Nizami yurdunda ən böyük kompleks idman ocağı kimi tanınıb. Bazanın uzun illlər əsaslı şəkildə təmirə ehtiyacı olub. Burada sonuncu dəfə cari təmir işləri 2015-16-cı illərdə aparılıb.

Məlumata görə, İdman məktəbi yenidən qurulacaq. Hazırda məşq zalları, inzibati bina sökülür.

Qeyd edək ki, 2002-ci ildən Gəncə idmanına xidmət edən Gəncə Olimpiya İdman Kompleksi də təmirə ehtiyac duyulan idman qurğuları arasındadır.


ETİKET :  

Daha Çox