Gəncənin ictimai nəqliyyatındakı mövcud problemlər

Haqqında yazacağım mövzu yəqin ki, bir çoxlarınız üçün yeni olmayacaq. Gəncənin ictimai nəqliyyatında olan mövcud problemlərlə bağlıdır.

İllərdir Gəncəyə yeni müasir avtobusların gətiriləcəyi barədə söz söhbətlər səngimir...Bu barədə internet saytlarında kifayət qədər xəbər də verilib. Amma verilən sözlər bu günə qədər özünü doğrultmayıb. Gəncə və gəncəlilər hələ də yeni, müasir, standartlara cavab verəcək avtobus həsrətindədirlər. Düzdür bəzi marşurut xətləri yeni avtobuslarla əvəz olunsada, amma bəzi qəsəbələrdə əhali hələ də köhnə avtobus və qazel marşurutlarından istifadə edir.

Gəncədə istismar müddəti çoxdan bitmiş bir neçə avtobus hələ də şəhər küçələrində şütüyür. Bu avtobusların "istifadə müddəti" çoxdan bitsədə istismardan çıxarılmayıb. Bəzi avtobusların salonu natəmiz vəziyyətdədir. Bundan başqa kiçik tutumlu qazellərdə mövcuddur. Ümumiyyətlə, marşurutların azlığı, üstəgəl gecikmələrlə işləməsi, sürücülərin əksər hallarda xətlər arası intervalı pozması sərnişinlərin haqlı narazılıqları ilə qarşılanır...Yəni, aidiyyatı qurumlar bu məsələyə bir mənalı olaraq qeyri-ciddi yanaşırlar.

Qısası bu yazını yazmaqda məqsədim, veriləcək vədin yerinə yetirilməməsinə etirazımdır! Məndə bu ölkənin bir vətəndaşı olaraq normal ictimai nəqliyyatdan istifadə etmək istəyirəm!

Elçin Əsgərov

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR