-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin İcra başçısının müavini işdən azad olundu

Gəncə şəhər İcra Hakimiyyəti başçısının Şəhər Təsərrüfatı üzrə müavini vəzifəsindən azad olunub.

23:09:05 | 2020-03-20

GancaPost saytı xəbər verir ki, Elmar Vəliyevin kadrı hesab olunan Gəncə şəhər İcra Hakimiyyəti başçısının Şəhər Təsərrüfatı üzrə müavini Mikayıl Zeynalov vəzifəsindən azad olunub.

Qeyd edək ki, işdən azad olunan Mikayıl Zeynalov 2005-2011-ci illərdə Gəncədə fəaliyyət göstərən "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi-nin sədri, 2011-ci ildən 2013-cü ilədək Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 2013-2015-ci illərdə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 2015-ci ildən isə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Şəhər Təsərrüfatı üzrə müavini vəzifəsində işləyib.


ETİKET :  

Daha Çox