-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələrinə görə həbs olunan şəxs vəfat edib

Gəncə hadisələrinə görə həbs edilən şəxs həbsxanada vəfat etdi.

12:57:16 | 2019-07-10

Gəncə hadisələri ilə bağlı həbs olunmuş Aydın Qurbanov vəfat edib. GancaPost xəbər verir ki, onun vəkili Aqil Layic BBC News Azərbaycana bildirib ki, Aydın Qurbanov onkoloji xəstəlikdən əziyyət çəkib.

Ötən il iyulun 10-da Gəncədə iğtişaş baş vermiş, iki polis zabiti öldürülmüşdü.

Bundan sonra Gəncə hadisələri ilə bağlı onlarla adam həbs olunmuş və bəziləri sonradan sərbəst buraxılmışdı.

Vəkili Aqil Layic deyir ki, Aydın Qurbanov qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma maddəsi ilə ittiham edilirdi.

"Onun istintaqı hələ başa çatmamışdı. Barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı keçirilən məhkəmə proseslərində vəkilləri dəfələrlə vəsatət qaldırmışdı ki, səhhətinə görə Aydın Qurbanov sərbəst buraxılsın", vəkil əlavə edib.

Aqil Layicə görə, həbsxana şəraiti Aydın Qurbanovun xəstəliyini şiddətləndirib, son günlərində isə o, Penitensiar Xidmətin Tibb Mərkəzində müalicə alıb.

Aydın Qurbanovun ailəsi bildirib ki, dəfn Gəncədə olacaq.

Penitensiar Xidmətin Tibb Mərkəzinin mətbuat xidmətindən hadisə ilə bağlı hələ ki, məlumat verilməyib.


ETİKET :  

Daha Çox