Gəncədə yol polisi ilə sürücü arasında nə baş verib? - AÇIQLAMA

Avqustun 22-də Gəncə şəhər sakini Mehdi Əliyevin Gəncədə yol polisi əməkdaşı tərəfindən döyülməsi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Gəncə şəhərindəki Regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Baku.ws-in muxbirinə hadisə barədə danışıb.

Qurum rəsmisi bildirib ki, Gəncə şəhər sakini Mehdi Əliyevin şikayətinin heç bir əsası yoxdur.
"Avqust ayının 19-da vətəndaş özünə məxsus 20-CR-669 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobildə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, sürücünün idarə etdiyi avtomobilin texniki baxış müddəti bitib.
Təbii ki, yol polisinin əməkdaşları tərəfindən bu fakt qanunvericiliyə uyğun olaraq sənədləşdirilib, sürücü M.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub.

Bununla razılaşmayan sürücü polis əməkdaşına qarşı aqressiv münasibət göstərərək, onun barəsində nalayiq ifadələr işlətməklə xidməti vəzifəsini yerinə yetirməyə maneə törətməyə cəhd göstərib.

Sürücünün qeyri-adekvat hərəkətlərini davam etdirdiyini görən yol polisi əməkdaşı hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşlarını dəvət edərək M.Əliyevi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin bölməsinə aparıb.
Orada vətəndaşın izahatı alındıqdan sonra İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) barəsində protokol tərtib olunaraq cərimə tənbeh növü tətbiq edilib", - deyə Eşqin Qasımov bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Gəncə şəhər sakini Mehdi Əhməd oğlu Əliyev bildirib ki, avqust ayının 19-u şəhərin Yeni Gəncə qəsəbəsi adlanan ərazisində 20 CR 669 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilini idarə edərkən Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşı (çavuş) Xəyyam Əsgərov adlı şəxs onu saxlayıb. Heç bir səbəb göstərmədən sənəd tələb edib.

Sürücü buna etiraz etdikdə tərəflər arasında mübahisə yaranıb. "Avtomobilimi idarə edərkən məni saxladı. Mən hansı əsasla məni saxlayırsan sualını verdim. Mənə "Dur" nişanında dayanmadığımı bildirdi. Mənsə yalan danışdığını və görüntünü göstərməsini xahiş etdim.

Bu zaman övladımın yanında pis söyüşlərlə şəxsiyyətimi təhqir etdi, əlində olan planşetlə qol nahiyəmə zərbələr endirdi.

Sonra telefonumu əlimdən aldı və məni zorla post patrul avtomobilinə mindirdi.

Hətta yanındakı polis əməkdaşları məni buraxmasını və sənədlərimi qaytarmasını xahiş etdi. Lakin Xəyyam Əsgərov onlara məhəl qoymadı.

Məni "basdıracağını" dedi. Məsələ ilə bağlı 102 xidmətinə məlumat vermişəm.

Ayrıca Məhkəmə Tibbi Ekspertiza Komissiyasına getmişəm və onlardan rəy gözləyirəm", - deyə Mehdi Əliyev bildirib.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR