-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə vəzifəli şəxs işdən çıxarıldı

Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən azad olunub.

14:35:24 | 2020-07-05

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov işdən çıxarılıb.

GancaPost.info xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov sərəncam imzalayıb.

Məlumata görə, sabiq müdir yaşa həddinə görə pensiyaya göndərilib. Hələlik bu vəzifəyə təyinat olmayıb.

Qeyd edək ki, Z.Hüseynov 2012-ci ildən bu vəzifədə çalışırdı. O bundan öncə Gəncə şəhər 39 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Zakir Hüseynov eyni zamanda uzun müddət 37 saylı Nizami (Gəncə) Dairə Seçki Komissiyasının da sədri vəzifəsini icra edib.


ETİKET :  

Daha Çox