-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncədə, Tovuzda futbol, demək olar ki, yox dərəcəsindədir”

"Gəncədə, Tovuzda, Mingəçevirdə futbol, demək olar ki, yox dərəcəsindədir" - Belə futbol olmaz

00:16:47 | 2021-04-06

GancaPost.info xəbər verir ki, bunu ApaSport-a Milli Məclisin deputatı Aqil Abbas bildirib.

“Futbol ən çox sevilən, insanları canlandıran idman növüdür. Təsəvvür edin, nəticəsini bildiyiniz oyunun təkrarına baxa bilmirsiniz. Ancaq bir filmə, tamaşaya 50 dəfə baxırsınız. Futbol insana bu dərəcədə həyəcan, adrenalin verən sahədir. Yaponiyada vaxtilə futbol yox idi, amma sonra yaratdılar, Zikonu Braziliyadan gətirib vaxt verdilər. Qurban Qurbanova 6 ay verilən vaxtdan yox. Bu gün Yaponiya millisi güclü komandalardan biridir, bir çox futbolçusu da Avropada çıxış edir. Bizim Premyer Liqamızda hazırda cəmi 8 komanda var. Onlarda da ümumilikdə olsun 40 azərbaycanlı futbolçu. Onların içindən 20 nəfəri necə seçə bilərsən? “Sabah”dan da oyunçu götürərlər? Azərbaycanda “Sabah”, “Səbail” adında komanda var? Ad qoyub yaratmaqla komanda olmur? Kəndlərdə, rayonlarda futbol olmasa, mümkün deyil. Vaxtilə məktəblərarası, kəndlərarası futbol yarışları keçirilərdi. İndi rayonda stadion tikməklə futbolu inkişaf etdirmirsən. Kənddəkilərlə şəhərdəkilər fərqli futbol oynayardılar. Şəhərlilər texnikaya arxayın idilər, çünki balaca məhəllədə oynayırdılar. Rayonda isə nəfəs futbolu var idi, uşaqlar 90 dəqiqə yorulmadan “at kimi” qaçırdılar. Bizim futbolçular indi yarım saatdan sonra təngnəfəs olurlar. Rayonla şəhərdəkilərin sintezindən gözəl komanda yığılırdı. Demirəm ki, biz də böyük nəsə etmişik. Azərbaycan klubu tarixdə bir dəfə - 1966-cı ildə SSRİ-i çempionatında üçüncü yeri tutub. O, Azərbaycanın yığma komandası idi. Çünki “Neftçi” ölkənin yığması sayılırdı. Bu yaxınlarda AFFA-nın saytında bir yazı gördüm. Guya Azərbaycanda 200 mindən çox adam futbolla məşğul olub. Haradadır onlar? Gəncə, Tovuz, Mingəçevir, Lənkəran məktəbdir. Amma bu gün həmin yerlərdə futbol, demək olar ki, yox dərəcəsindədir. Premyer Liqanın 8 komandasından 7-si Bakıda olur. Bircə “Qəbələ”dir, onu da sıxırlar, yəqin ki, çıxarıb atacaqlar. Belə futbol olmaz”- deyə deputat Aqil Abbas qeyd edib.


ETİKET :  

Daha Çox