Gəncədə tibbi maska tapmaq olmur

Bu barədə GancaPost saytına şəhər sakinləri məlumat verib.

"Gəncənin Heydər Əliyev, Atatürk və Zərrabi küçələrində yerləşən apteklərdə qoruyucu maska yoxdur. 10 gün əvvəl qiyməti 10 qəpik olan maskanı heç olmasa 30-50 qəpiyə alırdıqsa, indi tibbi maska tapmaq olmur. Şəhərdəki bir-iki aptekdə başqa növ tibbi maskanı 4 manata satırlar. Bu isə bəzi ailələr üçün çox bahadır. Çünki, dörd nəfərdən ibarət ailə üçün 16 manatı vermək çətindir. Hətta bir-iki aptekdə tibbi spirt də yoxdur" - deyə şəhər sakini Anar Əliyev bildirir.

Gəncə şəhərində yerləşən bəzi apteklərdən saytımızın əməkdaşına tibbi maskaların olmaması faktını təsdiqləyiblər. "Maska yoxdur. Bizə içərisində 50 maska olan cəmi bir qutu maska verilir. O da 1-2 saata qurtarır. Maskaları hər gün vermirlər, hərdən iki gündən bir gətirirlər".

Qeyd edək ki, tibbi maskaların apteklərdə olmaması ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı Turan-a bildiriblər ki, apteklərin fəaliyyəti və orada satılan malların mövcudluğu nazirlik tərəfindən tənzimlənmir. "Apteklər özəldir deyə maskaların olub-olmaması məsələsinə müdaxilə edə bilmirik", - deyə qurumdan bildirilib.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın mətbuat xidmətindən isə bildirilib ki, apteklərdə qoruyucu maskaların olmaması ilə bağlı xəbərləri var. "Keçən həftə də Operativ Qərargah tərəfindən keçirilmiş mətbuat konfransında bildirilib ki, ölkədə tibbi maskaların kifayət qədər ehtiyatı mövcuddur. Apteklərdə maskaların olmamasından xəbərimiz var və biz bu məsələni aidiyyatı olan orqanlara çatdıracağıq".

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR