-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda karantin rejimi yenidən uzadıldı

Gəncədə sərt karantin rejimi yenidən tətbiq edildi.

17:46:11 | 2020-06-18

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

“Ölkəmizdə epidemioloji vəziyyət təhlil edilib və karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib”, - o əlavə edib.

Eyni zamanda Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq.

L. Abdullayeva deyib ki, 21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək ciddi karartin rejimi tətbiq olunacaq: “Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq”.

Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.


ETİKET :  

Daha Çox