Gəncədə qədim kəhrizlər bərpa olunacaq

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı" layihəsi çərçivəsində Gəncə və 7 rayonda 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur. Bu məqsədlə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi Azərbaycan Dövlət Aqrar Universitetində görüş keçirib.

GancaPost xəbər verir ki, görüşdə qeyd olunub ki, 14-cü əsrdə Gəncə şəhəri bağlar və kəhrizlər şəhəri kimi tanınırdı və həmin vaxt şəhər ərazisində 32 kəhriz mövcud idi. Bu kəhrizlər ayrı-ayrı mülkədarlar tərəfindən tikilib, qurulub əhalinin istifadəsinə verilirdi. Lakin sovet hökuməti gələndən sonra Gəncədə məqsədli şəkildə bütün kəhrizlər dağıdıldı, məhv edildi.

BMqT-nin Azərbaycandakı nümayəndəsi Vladimir Qyorqiyev qeyd edib ki, hazırda Azərbaycanın seçilmiş regionlarında 40 kəhrizin bərpasını nəzərdə tutan bir layihəni həyata keçiririk. Bununla yanaşı, biz kəhriz sistemləri və onun bərpası üzrə biliklərin, təcrübənin və bu işlə məşğul olan kankan peşəsinin gələcək nəsillərə ötürülməsinə çalışırıq. Gəncə şəhərində 400 illik yaşı olan qədim kəhrizin bərpası gəncəlilər üçün çox vacib olacaqdır.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR