Gəncədə pis vəziyyətdə olan poliklinika əhaliyə necə xidmət göstərir?

Həmin tibb müəssisələri pis vəziyyətdə olsalar da, hazırda fəaliyyət göstərirlər.

Bu tibb müəssisələrindən biri Gəncə şəhər 1 saylı Uşaq Poliklinikasıdır.

Tibb müəssisəsi çox pis vəziyyətdədir. Bu şəraitdə onların vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərəcəyi ciddi şübhələr doğurur.

Məsələyə rəsmi münasibət öyrənmək üçün oxu.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həmin müəssisələrlə bağlı sorğu ünvanlayıb.

Agentliyin cavabında qənaətbəxş vəziyyətdə olmayan tibb müəssisələrinin mövcudluğu təəssüflə qeyd edilib:

"Son 10 il ərzində ölkə başçısı tərəfindən regionlardakı tibb müəssisələrində yenidənqurma işlərinin görülməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb. Bunun nəticəsidir ki, regionların bir çoxunda yeni inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilmiş tibb müəssisələri fəaliyyət göstərir. Lakin hələ də bəzi regionlar var ki, orada tibb müəssisələrinin şəraiti qənaətbəxş deyil. Hazırda tibb müəssisələrinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilməsi ilə bağlı təhvil-təslim işləri aparılır. Ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə uyğun olaraq, tibb müəssisələrinin təkmilləşdirilməsi istiqamətində növbə ilə lazımi tədbirlər görülür.

İlkin mərhələdə mərkəzi rayon xəstəxanalarının, növbəti mərhələdə isə artıq ambulator-poliklinik müəssisələrin yenidən qurulması istiqamətində tədbirlər görüləcək. Qeyd edək ki, bəzi regionlarda tibb müəssisələrinin şəraitinin yaxşılaşdırılması məqsədi ilə maliyyə vəsaitinin ayrılması istiqamətində İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi təkliflərini hazırlayıb və aidiyyəti qurumlara təqdim edib".

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR