-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə peyvənd olunan vətəndaşların sayı açıqlanıb

Gəncədə 3700 nəfər peyvənd olunub.

01:20:13 | 2021-02-18

Gəncədə yaşı 50-dən yuxarı olan şəxslərin və koronavirus xəstəliyinə qarşı vaksinasiyanın ikinci mərhələsinə başlanılıb. COVİD 19-a qarşı şəhərə 11 minə yaxın vaksin dozası gətirilib.

Gəncədə koronavirusa qarşı vaksinasiya 6 mərkəzdə aparılır. Yeni qeydiyyata alınan və ikinci doza vaksinin vurulması üçün müraciət edənlər həkim yoxlanışından keçdikdən sonra peyvənd olunurlar.

Vaksinasiya prosesi başlayandan Gəncədə 2659 nəfərə peyvənd vurulub. Bununla paralel yaşı 65 yuxarı olan 922 nəfər şəxs COVİD-19-a qarşı immunitetini möhkəmləndirib.

Gəncə şəhər 2 saylı Poliklinikanın həkimi Lalə Cəfərova KəpəzTV-yə bildirib ki, bu günə kimi 1200-ə yaxın doza almışıq və onun çoxunu vurmuşuq. Bu gün 60-dan çox vaksinasiya işi başa çatıb. Bizdə iki vaksin kabineti fəaliyyət göstərir. Bu işə cəlb olunan 20 nəfər orta tibb işçisi var.

Gəncədəki peyvənd mərkəzlərinin hər birində 3 həkim və 6 tibb işçisi xidmət göstərir.

Xatırladaq ki, “COVID-19”-a qarşı vaksinasiya ilə əlaqədar olaraq Gəncədə 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Gəncə Mərkəzi Klinika Xəstəxanasında yerləşən tibb məntəqələrində xüsusi otaqlar hazırlanıb. Bu otaqlarda gün ərzində 100 nəfərin peyvənd edilməsi mümkündür.


ETİKET :  

Daha Çox