Gəncədə Nizaminin heykəlinə etinasızlıq

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Gəncə şəhərində Mirzə Abbas Abbaszadə küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində ucaldılmış heykəli illərdir gecələr qaranlığa qərq olur. "Nizami Gəncəvi İli"ndə dahi şairə öz doğma yurdunda belə laqeydlik göstərilməsi şəhər sakinləri arasında narazılıq yaradıb.

Bu barədə məlumat verən sakinlər bildiriblər ki, ətraf küçələrdə işıq dirəkləri olsa da, bu, axşamlar şairin heykəlini işıqlandırmır. Digər heykəllərdə olduğu kimi Nizami Gəncəvinin heykəlinin də ətrafında xüsusi işıqlandırma sistemi quraşdırılmalıdır. Bundan əlavə, sakinlər Gəncə şəhərində 2021-ci ilin "Nizami Gəncəvi İli" olması ilə bağlı heç bir bildiriş lövhəsinin də asılmadığını deyiblər.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-in mətbuat katibi Vüsal Balayev axar.az-a açıqlamasında bildirib ki, bununla bağlı Nizami rayon rəhbərliyinə məlumat veriləcək və tez bir zamanda lazımi tədbir görüləcək.

Qeyd edək ki, şairin tuncdan hazırlanmış heykəli 1946-cı ildə heykəltaraş Fuad Əbdürrəhmanov və memarlar Sadiq Dadaşov, Mikayıl Hüseynovun birgə əməyi nəticəsində ərsəyə gəlib. Heykəl 2009-cü ildə yenidən bərpa olunaraq bürünclə əvəz edilib.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR