-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə 7 namizəd bəyanat yaydı: “Seçkilərin nəticələrini tanımırıq”

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədlər səsvermənin nəticəsinin tanımadıqlarını bəyan ediblər.

18:31:17 | 2020-02-13

Namizədlər bununla bağlı birgə bəyanat yayıblar.
Deputatlığa namizəd Toğrul İskəndərlinin yaydığı həmin bəyanatda bildirilir: "Biz, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikasına Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak etmiş, aşağıda imza atan namizədlər, seçki günü müşahidə etdiyimiz total saxtakarlıq və qanun pozuntularını nəzərə alaraq, keçirilmiş seçkilərin nəticələrini tanımadığımızı rəsmən bəyan edirik".
Abbaszadə Nurlan Vahid oğlu
Bağırova Lalə Natiq qızı
Cabbarov Mirhəsən Miri oğlu
Dünyamalıyev Vəli Zahid oğlu
İskəndərli Toğrul Sayad oğlu
Səfərov Ramil Mürşüd oğlu
Zeynalova Sitarə Mehdi qızı


ETİKET :  

Daha Çox