-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədən olan müşahidəçi seçki məntəqəsində öldü

Göygöldə müşahidəçi seçkidən sonra məntəqədə vəfat edib.

11:39:58 | 2020-02-10

Hadisə fevral ayının 9-da saat 19:45 radələrində Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən məntəqə baş verib.
Müşahidəçi, 1954-cü il təvəllüdlü Gəncə sakini Hacıyev Sübhan İsrafil oğlu ürəktutmadan məntəqədə vəfat edib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib.
Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.
İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.
Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirmiş və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyevin Göygöl rayonu Molla Cəlili seçki məntəqəsində səslərin sayılması zamanı qətlə yetirilməsi barədə məlumatlar yayılıb.


ETİKET :  

Daha Çox