-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə 2659 nəfər tibb işçisi peyvənd olunub

Gəncədə 2659 nəfər tibb işçisi, 3814 nəfər 50 yaşından yuxarı vətəndaşlar peyvənd olunub.

17:32:03 | 2021-02-20

Ölkənin hər bir bölgəsində olduğu kimi Gəncədə koronavirus pandemiyasına qarşı vaksinasiya prosesi davam edir. Hazırda 50, 60 yaş və ondan yuxarı olan risk qrupuna daxil edilən insanlar arasında koronavirus pandemiyasına qarşı vaksinləşmə işi həyata keçirilir.

GancaPost.info xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Gəncədə “COVID-19”-a qarşı vaksinasiya ilə əlaqədar olaraq 6 tibb məntəqəsi yaradılıb. 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Gəncə Mərkəzi Klinika Xəstəxanasında yerləşən tibb məntəqələrində xüsusi otaqlar hazırlanıb. Gəncəyə ümumilikdə 16 279 doza vaksin gətirilib. Bu günə qədər 6473 nəfərə peyvənd vurulub. Onlardan 2659 nəfəri tibb işçisi, 3814 nəfər isə 50 yaşından yuxarı olan risk qrupuna daxil edilən vətəndaşlardır.


ETİKET :  

Daha Çox