-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə 40 nəfər koronavirus şübhəsi ilə nəzarətə götürülüb

Gəncə Beynəlxalq Aeroportunda 40 nəfər koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

16:18:04 | 2020-03-16

İlin əvvəlindən bu günə qədər Gəncə Beynəlxalq Hava Limanından istifadə edən 40 nəfər koronavirus təhlükəsi ilə bağlı şübhəli şəxs kimi nəzarətə götürülüb. Onlar aeroportda quraşdırılan termovizor aparatı vasitəsilə müəyyənləşdrilən hərarəti yüksək olanlardır. Hava limanının səhiyyə məntəqəsinin tibb işçiləri tərəfindən xüsusi ayrılan otaq yoxlanılan sərnişinlər ardından Təcili Tibbi Yardım avtomobili ilə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına göndəriliblər. Əhalinin sıxlığı nəzərə alınaraq qabaqlayıcı tədbirlər kimi hava limanında uçuş reysindən öncə və sonra hava limanın giriş və çıxışları, sərnişinlərin gözləmə salonu, yeməkxana dezinfeksiya edilir. Eləcə də martın 14-dən İstanbul-Gəncə-İstanbul reysi təxirə salınıb.

Gəncə Beynəlxalq Hava Limanının tibb məntəqəsinin baş həkimi Minayə Paşayevanın KəpəzTV-yə bildirdiyinə görə, 40 nəfər hərarəti yüksək olan sərnişinlər olub. Onları xəstəxanaya göndərmişik. Onlardan ikisi Rusiya vətəndaşıdır ki, Naftalana müalicəyə gələnlər idi. Qalanları isə Azərbaycan vətəndaşıdır. Xüsusi bizim bölməmiz birqadamız var ki, təyyarədə dezinfeksiya aparırlar. Üç gün əvvəlcədən bilirdik ki, Gəncə-İstanbul reysi təxirə salınıb. Bizə iki həftə, on günlük deyilib. Sərnişinlər bilet aldıqları kassaya müraciət edib yüz faiz ödənişlə geri qaytara bilərlər.


ETİKET :  

Daha Çox