Təhsil işçiləri koronavirus pandemiyası dövründə risk qrupuna daxil olan sahənin əməkdaşları hesab olunur.
Artıq ölkədə təhsil sahəsində çalışan yaşı 18-dən yuxarı olan hər kəs peyvənd oluna bilər. Proses Gəncədə də davam edir. Şəhərin tədris müəssisələrində çalışan müəllim və texniki işçilər covid-19 infeksiyasına qarşı vaksinasiya olunur.
Yaşlı və orta yaşlı heyətin vaksinasiya prosesi demək olar ki, başa çatmaq üzrədir.
Gəncədə təhsil sahəsində 5000-dən çox pedoqoji və texniki işçi çalışır. Onların da böyük bir qismi - təxminən 3000-dən çoxu artıq vaksinasiya olunub.