-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə: Mövcud problemlər və əhalinin durumu

Gəncədə: Mövcud problemlər və əhalinin durumu

10:31:29 | 2021-01-26

Gəncədə yaşayan ictimai fəallar şəhərin mövcud problemləri, əhalinin hazırki durumu və məşğuliyyəti barədə nə düşünürlər?

“Gəncədə əsas problem işsizlikdir”

Jurnalist Elçin Əsgərsoy: “Gəncədə yaşayan əhalinin məşğulluq və ümumi yaşayış vəziyyəti nəinki Bakıya, Sumqayıta nisbətən aşağı səviyyədədir”.

Gəncədə əhalinin əsasən ticarətlə məşğul olduğunu deyir: “İnsanlar ailəsini dolandırmaq üçün nə iləsə məşğul olmağa çalışır. Əhali arasında işsizlikdən Rusiyaya və digər ölkələrə üz tutanlar da var”.

E.Əsgərsoy qeyd edir ki, şəhərin bəzi ərazilərində yol, su təminatında problemlər var, yəqin ki, bu da düzələr”.

Hüquq müdafiəçisi Elnur Rəfailoğlu isə qeyd edir ki, Gəncədə iş yerləri daha çox açılsa, əmək qabiliyyətli insanlar işlə təmin oluna bilər.

“Daha çox qarşılaşdığım məsələlərdən biri ünvanlı sosial yardımla bağlıdır. Şəhərdəki aztəminatlı ailələr ünvanlı sosial yardımın alınması üçün müraciət etsə də, fondun əməkdaşları tərəfindən evlərə baxış zamanı süni əngəllər yaradılır”.

Eyni zamanda Gəncədə yol infrastrukturunda və ictimai nəqliyyatda problemlər hələ də qalmaqdadır”.

İctimai fəal, jurnalist Vüqar Həsənbəyli isə Azərbaycanın hər yerində olduğu kimi Gəncədə də iqtisadi problemlərin olduğunu bildirib.

“Şəhərdə əsas problem işsizlikdir. Həmçinin, bir çox sahələrdə də vəziyyət ürəkaçan deyil. Yol, kommunal və nəqliyyat infrastrukturunda problemlər mövcuddur. Təbii ki, siyahını uzatmaq da olar.

Hesab edirəm ki, Gəncədə bəzi müəssisələr fəaliyyətini bərpa etsə, şəhərdə işsizlik problemini də həll etmək olar”.

V.Həsənbəyli arzu edir ki, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Gəncənin millət vəkilləri əhalinin problemləri ilə bağlı daha yaxından maraqlanmalı, insanlarla daha sıx təmasda olmalıdırlar.

GancaPost.info


ETİKET :  

Daha Çox