-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə 18 mindən artıq şagird məktəbə gedəcək

Gəncədə 18 mindən artıq şagird məktəbə gedəcək.

01:23:44 | 2021-01-23

"Yeni qaydalara görə fevral ayının 1-dən Gəncənin 45 orta məktəbində 18 mindən artıq ibtidai sinif şagirdi dərsə gedəcək".

GancaPost.info xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsi şəhərdə tədrisin təşkili barədə açıqlama verib.

Tədrisin ənənəvi formada bərpası ilə Gəncədə 711 sinif üzrə 17 min 741 şagird ibtidai təhsilə cəlb ediləcək. 3186 şagird isə 162 sinifdə məktəbəqədər hazırlığa başlayacaq. 2 qrupa bölünən sinif şagirdləri həftənin 3 günü məktəbə gedəcəklər. Şagirdlər ara məsafəsi gözlənilməklə partalarda sağ, sol prinsipi ilə əyləşəcəklər.

Orta məktəblərdə dezinfeksiya işləri də aparılacaq.

Məsələ ilə bağlı Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev KəpəzTV-yə bildirib ki, orta məktəblərdə olan epidemioloji ləvazimatlar spirt, dezinfeksiyaedici məhlullar, əlcək, maska, üz sipərləri qaydasındadır.

"Gəncə şəhər Təhsil İdarəsi olaraq pandemiya qaydalarına ciddi nəzarət edəcəyik ki, riayət edilsin, həmçinin də tədrisin keyifiyyəti normal qaydada təşkil olunsun".

Tədrisin bərpa edilməsi Vətən müharibəsi dövründə ermənilərin Gəncəyə atdığı raketlər nəticəsində ziyan çəkən təhsil ocaqlarında mümkün olmayacaq. Bununla belə, biri tamamilə dağılan, 7-si qismən yararsız hala düşən məktəblərin şagirdləri və müəllimləri tədrisdən kənarda qalmayacaqlar.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev qeyd edib ki, şəhərdəki zərər dəyən 8 məktəbdən 1 məktəb tam yararsız haldadır, bu 29 saylı orta məktəbdir. Biz bu məktəbin şagirdlərinin digər məktəblərdə oxuması üçün prosesə başlamışıq ki, bunlar 18 saylı məktəbdə yerləşəcəklər. Ziyan dəymiş 4 saylı məktəb hələlik özündə şagirdləri qəbul edəcək. Digər məktəblər isə dəymiş ziyan Təhsil Nazirliyi və müvafiq qurumlar tərəfindən təmir məsələləri həll olunub.


ETİKET :  

Daha Çox