-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə 21,5 milyon manata 7 bina tikiləcək

MİDA 7 binanın tikintisinə 22 milyona manata yaxın vəsait xərcləyəcək.

15:01:08 | 2020-09-14

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus "MİDA" MMC Gəncə şəhərində 1 və 2 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi (1), 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi (2), eləcə də 5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

GancaPost.info saytı vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Müasir Tikintilər” və “Amal Group” (NN Group MMC konsorsium) ( son 2 tender) MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 6 333,9 min manat, 6 321,6 min manat və 8 858,3 min manat, ümumilikdə isə 21 513,8 min manat ödəniləcək.


ETİKET :  

Daha Çox