-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Milli Qəhrəmanın ailəsinə mənzil verildi

Gəncədə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzil verilib.

15:15:09 | 2020-08-06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 15 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. 15 mənzildən mənzildən 11-i şəhid ailələrinə, 4-ü isə Qarabağ müharibəsi əlillərinə verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev qeyd edib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, onlardan da 554 mənzil artıq öz sahiblərinə təqdim olunub. Ümumilikdə isə indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

2020-ci ildə müharibə əlillərinə 400 avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan da 150 artıq sahiblərinə təqdim olunub. Ümumilikdə isə indiyədək 6900 avtomobil müharibə əlillərinə təqdim edilib.

Qeyd edək ki, Gəncədə mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevin ailəsidir.


ETİKET :  

Daha Çox