Gəncədə məktəb direktoru ondan şikayət edənlərdən 30 min pul tələb edir

Gəncədə 13 ildir 26 saylı orta məktəb-lisey kompleksinə rəhbərlik edən Valeh Rüstəmov nənə və nəvəsini məhkəməyə verib. Səbəb isə onların direktordan Gəncə şəhər İcra Hakimiyyətinə, şəhərin Baş Polis İdarəsinə, Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etməsidir. Direktor bu şikayətlərlə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurulduğunu iddia edir. Buna görə onlardan üzr, təkzib, 30 min manat da kompensasiya tələb edir.

GancaPost saytı AzadlıqRadiosu-na istinadən xəbər verir ki, V.Rüstəmov iddia edir ki, işinin öhdəsindən layiqincə gəlib, amma ondan əsassız şikayət ediblər: "Mənə böhtan atılıb. İztirab keçirmişəm, xəstəliyə tutulmuşam, hələ də özümə gələ bilməmişəm...".

Mirvari Şabanova müxtəlif dövlət orqanlarına şikayətlərində yazıb ki, direktor nəvəsi Sevinc Behbudovanı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini təyin etdirəcəyinə söz verib. Bundan ötrü onlardan 11 min manat pul alıb. Lakin vəzifə vədinə əməl etməyib, pulu da qaytarmır.

V.Rüstəmov bu məsələnin yalan olduğunu bildirir. Direktor üzr, təkzib və kompensasiya tələbiylə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində iddia qaldırıb. Amma onun iddiası təmin edilməyib. Narazı qalan direktor öncə Gəncə Apellyasiya Məhkəməsinə üz tutub. Bu qərar da onu qane etmədiyindən Ali Məhkəməyə kassasiya şikayəti verib.

Nənə və nəvənin cəzalandırılmasında israrlı olan direktor fevralın 2-də Ali Məhkəmədə bu işə baxılanda gəlməyib.

Cavabdehlər M.Şabanova və S.Behbudova isə gəlib, dövlət orqanlarına yazdıqlarının doğru olduğunu iddia ediblər.

Ali Məhkəmə də məktəb direktorunun şikayətini rədd edib. Əsas kimi isə onu göstərib ki, Konstitusiya da, qanunlar da vətəndaşa dövlət orqanlarına şikayət etmək hüququ verir. Buna görə vətəndaşı cəzalandırmaq olmaz.

Üstəlik, V.Rüstəmovun özünə müavin təyin etdirmək adıyla pul alması məsələsi prokurorluqda araşdırılıb. Direktorun barəsində cinayət işi başlanması rədd edilib.

"Prokurorluğun qərarından görünür ki, Valeh Rüstəmov Mirvari Şabanovadan pul (5 min manat) aldığını qismən təsdiq edib", - Ali Məhkəmənin qərarında yazılıb.

Direktor pulu kimisə vəzifəyə təyin etdirmək adıyla almadığını bildirib. Dediyinə görə, ona pul lazım olduğundan borc alıb, sonra da qaytarıb.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR