-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə koronavirusla bağlı vəziyyət: Yoluxma sayı azalıb

"Yoluxmanın azalması arxayınlıq yaratmamalıdır"

22:42:52 | 2020-08-04

Son günlər ölkədə koronavirus infeksiyasına yeni yoluxma hallarının sayında azalma müşahidə olunur. Koronavirusa qalib gəlmək üçün ən azı müsbət tendensiyasının saxlanılmasında vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Hər birimiz üzərimizə düşən məsuliyyəti dərk edərək, qoyulan qaydalara əməl etməklə, həm özümüzün, həm ətrafımızdakıların sağlamlığını qorumuş olarıq.

Tibbi maskadan istifadə, ara məsafəsi saxlamaq, gigiyenik qaydalara əməl etmək, zərurət olmadığı halda evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq. Bütün bunlar koronavirusa yoluxmamağın ən vacib qaydalarıdır.

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva Kəpəz TV-yə bildirib ki, karantin rejiminin qaydalarına mütləq şəkildə əməl olunmalıdır.

“Əvvəllər bir gündə bizdə çıxırdı 20-30 xəstə, indi şükürlər olsun ki, 2-3 uzaqbaşı 4 xəstə aşkar olunur. Mən xahiş edirəm ki, bu rəqəmləri deyib şəhər əhalimizi də arxayın salmayaq. Bir epidemioloq kimi yenə bir təlaş, qorxu içərisindəyik ki, biz bu gün arxayın olub otursaq sabah bunun arxası böyük bəla kimi gələ bilər. Ona görə də Gəncə şəhər əhalisinə müraciət edirəm ki, dövlətin qoyduğu qayda-qanuna, həkimlərin dediyi proflaktik tədbirlərə riayət etsinlər.

Qaydalara uyğun davranıb əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmağın, yəni koronavirusa qalib gəlməyin başlıca yoludur. Odur ki, maskadan istifadə edib, ara məsafəsini gözləmək və əllərimizi tez-tez yumaqla özümüzü, ətrafımızdakıları bu bəladan qorumuş olarıq.


ETİKET :  

Daha Çox