-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə komendant saatı qaydalarına necə riayət edilir?

Postlarda polislər və Daxili Qoşunların hərbi qulluqçuları xidmət edir.

10:24:24 | 2020-10-27

Sentyabrın 28-dən etibarən ölkəmizdə tətbiq olunan komendant saatı müddətində vətəndaşların əksəriyyəti qoyulan qaydalara əməl edir. Gəncədə də tətbiq edilən komendant saatı ilə əlaqədar şəhərin müxtəlif ərazilərində polis postları qurulub.

Ölkəmizdə hərbi vəziyyətlə bağlı tətbiq olunan komendant saatı müddətində aparılan yoxlamalar və araşdırmalar göstərir ki, cəmiyyətdə hərəkət iştirakçıları arasında qaydalara əməl edənlər çoxdur. Aşkarlanan ara sıra faktlar isə kütləvi xarakter daşımır.

Şəhərdə qurulan komendant postlarında hərəkət edən bütün avtomobillər və sərnişinlər yoxlanır. Müvafiq icazə sənədlərinin olub-olmaması araşdırılır. Komendant saatında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir. İcazəsi olmayanlara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda polis əməkdaşları vətəndaşları komendant rejiminin qaydaları barədə məlumatlandırırlar.

Vətəndaşlardan isə məsuliyyətli olmaq və qoyulan qaydalara həssaslıqla yanaşmaq tələb olunur.

Qeyd edək ki, komendant saatı qaydasını pozan hərəkət iştrakçıları İnzibati Xətalar Məcəlləsinin 517-2.2 maddəsi - nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına əsasən fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcəklər.

Xatırladaq ki, sentyabrın 28-də saat 00:00-dan ölkə ərazisində hərbi vəziyyət elan edilib. Bununla bağlı ölkə prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.


ETİKET :  

Daha Çox