-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədəki həkimlər cəzalandırıldı - Xəstənin daxilində qayçı qaldığına görə

Baş həkimə və müavininə xəbərdarlıq, iki həkimə və tibb bacısına şiddətli töhmət verildi - RƏSMİ

23:32:17 | 2020-01-14

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Gəncədə əməliyyat zamanı qadının qarın boşluğunda qayçı qalmasına dair məlumat yayıb.

TƏBİB-dən verilən xəbərə görə, 2 iyul 2019-cu il tarixində pasient Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunub. 2 dekabr 2019-cu il tarixində xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb.

Hadisədən sonra Xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib.

Qeyd edək ki, Gəncə şəhər sakini 66 yaşlı Laləzar Orucova ötən ilin iyul ayında Gəncə Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd daşı əməliyyatı keçirib. Əməliyyatdan sonra qadının halı pisləşib. Özəl xəstəxanalardan birində keçirdiyi MRT müayinəsi qadının bədənində qayçı olduğunu göstərib. Bu fakt aşkarlandıqdan sonra qadını əməliyyat edən həkimlər L.Orucovanı yenidən xəstəxanaya çağırıb əməliyyat edib, qayçını çıxarıblar. Ancaq xəstənin vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib.


ETİKET :  

Daha Çox