-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədəki bu universiteti seçənlərə 15 min manat pul və “Niva” maşını veriləcək

Bu universiteti seçən qızlara 15 min manat, oğlanlara "Niva" verilə bilər - ŞƏRTLƏR AÇIQLANDI

08:33:15 | 2020-01-14

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentləri ADAU-ya cəlb etmək üçün maraqlı üsula əl atıb. Bu barədə açıqlamasında Azərbaycan Təhsil Şurasının məsul katibi İlqar Orucov məlumat verib.

İ.Orucov bildirib ki, artıq bununla bağlı universitetə elan da vurulub: "Təhsil Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura yeni tədris ilində Gəncəyə səfər etdi. İctimai Şura olaraq olan səfərimiz payız semestr imtahanlarının başlaması ilə əlaqəli idi. Universitet yaxşı oxuyan, fərqlənən tələbələrə 200 manat, orta qiymətlərlə oxuyan tələbərə isə 100 manat təqaüd verir. Universitet bu ildən maraqlı bir elan verib. Bu il 700 bal toplayan qız abituriyentlər bu universiteti seçərsə, onlara 15 min manat, oğlanlara isə “Niva” markalı avtomobil hədiyyə olunacaqdır. Belə təcrübələr xaricdə də var. Bunu Azərbaycanda görmək çox sevindirici haldır".


ETİKET :  

Daha Çox