-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə hansı küçə və məhəllədaxili yolların təmirə ehtiyacı var? - SORĞU

Gəncədə hansı küçə və məhəllədaxili yolların təmirə ehtiyacı var? - SİYAHI

18:19:01 | 2020-08-10

Gəncədə əsas yollar demək olar ki, asfaltlanıb və bu işlər hazırda davam etdirilir. Ancaq bəzi yollar var ki, keyfiyyətsiz asfalt üzündən tez dağılır və xüsusən yağışlı aylarda keçilməz olur, yaxud da uzun illərdir asfaltlanmır. Hər halda və ümidvarıq ki, müvafiq plan əsasında qeyd edəcəyimiz ərazilər də təmir edilərək, asfaltlanacaq.

GancaPost.info mövzunun aktuallığını nəzərə alaraq, bir müddət öncə facebook sosial şəbəkəsində izləyicilərimizə bu sualı ünvanlamışdır: “Gəncədə ən çox hansı problemlərlə qarşılaşırsınız?”.

Sorğuda iştirak edən şəhər sakinlərinin əksəriyyəti əsasən yol probleminin olduğunu qeyd edir. Sorğunun nəticəsini və səhifəmizin fəal izləyicilərinin yazdıqları rəyləri ümumiləşdirib siyahını sizlərə təqdim edirik.

Beləliklə, ən çox qeyd edilən ünvanlar:

- Mahrasa bağı məhəllədaxili yollar,

- Yeni Gəncə qəsəbəsi binadaxili yollar,

- Məhsəti qəsəbəsi məhəllədaxili yollar,

- Cavadxan qəsəbəsi əksər ara küçələr,

- Gülüstan qəsəbəsində məhəllədaxili ərazilər,

- Zərrabi küçəsindəki dalanlar,

- Nəsib bəy Yusifbəyli küçəsi,

- Şahsevənlər küçəsindəki dalanlar,

- Əhməd Cəmil küçəsi (Kukla Teatrının qarşısı),

- Mirzə Fətəli Axundov küçəsi,

- Əkbər Babayev küçəsi,

Bundan başqa bəzi məhəllədaxili yolların da asfalt örtüyünə ehtiyacı var.

İnanırıq ki, aidiyyatı qurumlar tərəfindən şəhərdə olan problemlər tezliklə həll yollarını tapacaq.

Qeyd edək ki, gələcəkdə də GancaPost facebook səhifəmizdə bu yöndə  - virtual sorğularımızı davam etdirəcəyik.

GancaPost.info


ETİKET :  

Daha Çox