-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır”

"Gəncədə və Sumqayıtda Böyük Şəhər Bələdiyyələrinin yaradılması məqsədəuyğun olar".

11:07:01 | 2020-08-01

İcra hakimiyyətlərində aşkarlanan qanunsuz əməllərdən sonra onların ixtisarı və regional idarəetməyə keçilməsi təklif edilir.

Eyni zamanda yerlərdə bələdiyyələrin də sayının çox olduğu barədə fikirlər var. Xüsusən pandemiya dövründə dövlət büdcəsinə qənaət etmək üçün bələdiyyələr ixtisar edilib Böyük Şəhər Bələdiyyələri yaradıla bilərmi?

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Cümhuriyyət qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda Böyük Şəhər Bələdiyyələri yaradılmalıdır:

“Avropa Şurasının Azərbaycan qarşısında qoyduğu tələblərdən biri də Böyük Şəhər Bələdiyyəsinin, xüsusən Bakıda meriya institutunun yaradılmasıdır. Bu günədək Azərbaycan hökuməti tərəfindən həmin tələblə bağlı müəyyən addımlar atıb. Amma həmin proses hələlik öz həllini tapmayıb. Bələdiyyə sisteminin inkişafını istəyiriksə, onların problemlərinin həllinə çalışırıqsa, o cümlədən yerli idarəetmənin nüfuzunu artırmaq istəyiriksə, bu strukturun qarşılaşdığı problemləri aradan qaldırmalıyıq. Bunun üçün yerlərdəki ikili strukturu aradan qaldırmaq lazımdır. Yəni yerlərdə həm yerli icra nümayəndəliyi var, həm də bələdiyyə var.

Yerli icra nümayəndələrinin ləğv edilməsi daha məqsədəuyğun ola bilər. Bundan əlavə bələdiyyələrin birləşdirilməsi istiqamətində addımların atılması səmərə verə bilər. Bakıda meriya institunun yaradılması, o cümlədən Gəncədə, Sumqayıtda və digər iri şəhərlərdə Böyük Şəhər Bələdiyyələrinin yaradılması məqsədəuyğun olar. Tutaq ki, Bakıda 53 bələdiyyə var. Bu 53 bələdiyyənin yerinə Bakıda bir Böyük Şəhər Bələdiyyəsi yaratmaq olar və bundan da müəyyən istiqamətlərdə istifadə etmək olar. Tutaq ki, irihəcmli vergilərin yığılması Böyük Şəhər Bələdiyyəsinə istiqamətləndirilə bilər.

Bələdiyyələrlə bağlı problemlərin həllinə kompleks şəkildə yanaşmaq lazımdır. Seçicilərin də üzərinə doğru namizədi seçmək məsuliyyəti düşür. Əgər onlar bələdiyyə sədri kimi təcrübəsiz şəxsi seçərlərsə, bu səbəbdən xoşagəlməz hallarla qarşılaşmaq qaçılmaz olar. Şəhər İcra nümayəndəliyi ilə bələdiyyənin bir arada olması mənasız və əlavə xərcdir”.


ETİKET :  

Daha Çox