Gədəbəydə memarlıq abidəsi məhv olmaq üzrədir...

Çox təəssüflər olsun ki, Gədəbəyin Söyüdlü kəndi ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi hesab olunan "Qız qalası" (IX əsr) adlanan şəkildə göstərilən möhtəşəm abidə məhv olmaq üzrədir... Bu qalanın adına el arasında "Qız qala" və ya "Namərd qala" da deyirlər.
Qala əldən-ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilib. Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən bu qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı var. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından soraq verir.
Yerli əhali arasında dolaşan əfsanəyə görə, vaxtilə həmin qalada saxlanılan və ya yaşayan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan yerə atıb. Bu əfsanəyə əsasən tikili "Namərd qala" adlandırılıb.
Qız qalası Şəmkir çayının sahilində qayalıq yerdə ucaldılıb. Ətrafı yaşıllıq, meşə olan qalaya piyada qalxmaq mümkündür. Qala beş dairəvi sütundan ibarətdir. Giriş-çıxış yerləri görünməz vəziyyətdədir. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Abidənin divar və bürclərinin ortasından kəmər kimi keçən və yuxarıda onları tac kimi tamamlayan hissəsi zamanında qalanın müdafiəsini xeyli gücləndirməklə yanaşı, onun görkəminə də əzəmət qatıb. Hazırda abidənin təmir-bərpa olunmağa çox ciddi ehtiyacı var.
Çox təəssüf ki, belə bir möhtəşəm abidəni qoruya bilmirik. Bu bizim tariximizdir. Aldığım məlumata görə 2019-cu ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Qalada konservasiya işlərinin aparılması nəzərdə tutulsa da hələ heç bir iş görülməyib. Bu qalanın məhv olmaması üçün dövlət orqanları tərəfindən ciddi tədbir görülməlidir.
Elçin Cavadov,
Gəncə Dövlət Universitetinin dosenti

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR