-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ermənilər Gəncəyə yenidən raket atdı: Ölən və yaralananlar var

Gəncə terroru zamanı həlak olanların sayı 15-ə çatıb.

17:12:06 | 2020-10-17

Azərbaycan Dövlət Televiziyası Gəncədə yaradılan Operativ Qərargaha istinadən ölənlərin sayının 15 nəfərə çatdığı haqda məlumat yayıb.

Erməni silahlı birləşmələrinin oktyabrın 17-i gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölən mülki şəxslərin sayı 15 nəfərə çatıb. Ölənlər arasında iki azyaşlı və bir məktəbli uşaq da var.

Hadisə nəticəsində 55 nəfər xəsarət alıb. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə ziyan dəyib.


ETİKET :  

Daha Çox