Elmar Vəliyev vurulandan sonra ilk dəfə danışdı: “Yunis kimdir, nə olub ki?”

Məlum olduğu kimi, 2018-ci ildə sui-qəsdə məruz qalan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı məhkəmə prosesi başlayır. Prosesdə iş üzrə təqsirləndirilən Yunis Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.

Bu hadisə ilə bağlı istintaqın Elmar Vəliyevi dindirmədiyi xəbəri yayılmışdı. Buna səbəb isə keçmiş icra başçısının səhhətinin yaxşı olmaması göstərilirdi. Bu baxımdan ötən 1 ildən artıq zaman müddətində Elmar Vəliyevin səhhəti ilə bağlı bir-birinə zidd fikirlər yayılıb.

GancaPost saytı xəbər verir ki, məhkəmədən əvvəl GününSəsi xəbər portalının əməkdaşı Elmar Vəliyevlə danışa bilib. Sabiq icra başçısı ilə telefon söhbətini olduğu kimi təqdim edirik:

- Salam Elmar müəlim.

- Kimdir?

- "Günün Səsi" xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir?

- Yaxşıyam. Nə olub ki?

- Yəqin ki, xəbəriniz var, Yunis Səfərov məhkəmə qarşısına çıxarılır...

- Yunis kimdir?

- Sizə sui-qəsd cinayətini törədən şəxs...

- Hə, nə istəyirsən?

- Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi?

- Nə məhkəmə e, sən kimsən?

- Dedim axı, jurnalistəm...

- ...

Sonuncu replikadan sonra Elmar Vəliyev telefonun dəstəyini asıb.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR