-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

DSMF: Vəfat etmiş şəxsin pensiyasını vərəsəsi ala bilər

DSMF bu məsələyə aydınlıq gətirdi - Vəfat etmiş şəxsin pensiyasını vərəsəsi ala bilər

00:22:13 | 2019-11-04

Əmək fəaliyyəti ilə məşğul olan elə şəxslər var ki, pensiya təyin edildikdən qısa müddət sonra vəfat edir. Təbii ki, həmin şəxsin hesabında müəyyən qədər vəsait olur. Bu zaman həmin vəsaitin aqibəti haqqında müəyyən suallar yarana bilər. DSMF bu məsələyə aydınlıq gətirib. Belə ki, pensiya təyin edilmiş vətəndaşın vəfat etməsindən sonra onun almadığı pensiya ödənişləri vərəsələrinə yönəldilə bilər.

GancaPost saytı xəbər verir ki, pensiya təyin edilmiş vətəndaşın vəfat etməsindən sonra onun almadığı pensiya ödənişləri vərəsələrinə yönəldilə bilər. Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz İsmayılov XəzərXəbər-ə bildirib ki, indiyə qədər 150 minədək vərəsəyə vəfat etmiş şəxsin pensiyası təyin edilib.

Şöbə müdirinin sözlərinə görə, qanunvericilikdə bu məqsədlə bir sıra tələblər nəzərdə tutulub. Pensiya ala biləcək vərəsə qismində vəfat etmiş pensiyaçının həyat yoldaşı çıxış edə bilər. Burada əsas şərtlərdən biri həyat yoldaşının da pensiya alacaq yaşda olmasıdır.

"Əgər ailə başçısı vəfat edibsə, onun heç bir yerdə işləməyən xanımı pensiya yaşı çatdıqda və yaxud da hər hansısa bir hadisə nəticəsində əlillik baş verərsə, həyat yoldaşına görə pensiya ilə təmin oluna bilərlər".

Eyvaz İsmayılov bildirib ki, vəfat etmiş şəxsin həyat yoldaşı da pensiya alırsa, bu zaman ona seçim etmək hüququ verilir.

"Əgər vəfat edən şəxsin həyat yoldaşının pensiyası yüksəkdirsə vətəndaş həmin pensiyanı seçə bilər".

Həyat yoldaşından başqa vəfat etmiş şəxsin övladları da vərəsə kimi pensiyanı ala bilərlər. Bu zaman bir sıra meyarlar əsas götürülür.

"Vəfat etmiş şəxsin övladları azyaşlı olsun, əyani təhsil aldığı halda və ya ailədə əlil olan uşaqlar valideyninə görə pensiya ilə təmin oluna bilərlər".

Eyvaz İsmayılovun sözlərinə görə, pensiya təyin edilmiş vətəndaş vəfat etdikdən sonra onun heç bir vərəsəsi olmasa, yaxud da həyat yoldaşı və övladları pensiya almaq üçün nəzərdə tutulan tələblərə cavab vermirlərsə, o zaman balansda yığılan vəsait cari pensiyaçıların maliyyələşdirilməsinə yönəldilir. Vərəsə qismində pensiya alacaq vətəndaşlar lazımi sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun yerli şəhər və rayon şöbələrinə müraciət edə bilərlər.


ETİKET :  

Daha Çox