-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Covid-19-la mübarizədə vəfat edən Gəncəli həkimlərimiz - SİYAHI

Covid-19-la mübarizədə vəfat edən Gəncəli həkimlərimiz - ADLAR

17:20:40 | 2020-06-27

Ölkədə zaman-zaman bəzi həkimlərin fəaliyyətindən narazılıq olsa da, pandemiya dövründə işini səbrlə, vicdanla yerinə yetirən, canı bahasına xəstələrin sağalmasına çalışan həkimlərimizin haqqına girmək günah olar.

GancaPost.info pandemiya dövründə koronavirus infeksiyası ilə mübarizədə həyatını itirən Gəncəli həkimlərimizi bir daha xatırladır:

Gəncədə tibb işçiləri arasında vəfat edənlərdən ilki Gəncə şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasının həkim-terapevti Cəmşid Abbasovdur.

Daha sonra “COVID-19”a yoluxmuş Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı Hacı Sürət Abbasovun da həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim-nevropatoloqu işləyən Surxay Quliyev də virusla mübarizədə həyatını itirib.

Sonra Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının çağırışçı-feldşeri (həkim köməkçisi) işləyən Mircəlal Musayev də müalicə aldığı xüsusi xəstəxanda vəfat edib.

1970-ci il təvəllüdlü tanınmış həkim- travmotoloq Mehman Hüseynov da virusa yoluxaraq dünyasını dəyişib.

Allahdan vəfat edən həkimlərimizə rəhmət diləyirik. Məkanları cənnət olsun!


ETİKET :  

Daha Çox