Bir qrup Gəncə məhbusunun cəzası yumşaldılıb

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə "Gəncə İşi" üzrə azadlıqdan məhrum edilən 4 nəfərin cəzası azaldılıb.

GancaPost.info xəbər verir ki, bu barədə İnsan Haqları Müdafiəçisi Rəsul Cəfərov bildirib.

Ali Məhkəmənin qərarına Bəkrəm Əliyevin cəzası 10 ay (15 ildən 14 il 2 aya), Həbib Qurbanovun cəzası 3 il (8 ildən 5 ilə), Mirzə Hüseynovun və Asif Cavadovun cəzası hər biri üçün 6 ay (5 ildən 4 il 6 aya) endirilib.

Xatırladaq ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı əvvəlcədən planlaşdırılmış silahlı hücum, iyulun 10-da isə Gəncə şəhərində bir qrup şəxsin kütləvi iğtişaş törətməklə xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşının qətlə yetirilməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb. Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR