Bayden: ABŞ-da demokratiya qalib gəldi

ABŞ-ın 46-cı prezidenti Cozef Bayden inauqurasiya mərasimində çıxışı zamanı demokratiyanın qalib gəldiyini bəyan edib.

Andiçmə mərasimində eks-prezidentlər Bill Klinton, Corc Buş və Barak Obama iştirak edib.

"Ağ Ev"in keçmiş sahibi Donald Tramp tədbirə qatılmayıb.

O, məğlubiyyətini etiraf etməyib. Beləliklə, hakimiyyəti yeni administrasiyaya vitse-prezident Mayk Pens ötürüb.

Amerika tarixində sonuncu dəfə 1869-cu ildə hakimiyyətdən gedən prezident andiçmə mərasiminə qatılmayıb.

Müğənni Ledi Qaqa andiçmə mərasimində ABŞ-ın himnini oxuyub.

Cozef Bayden çıxışında koronavirus infeksiyasından ölən 400 min amerikanlını yad edib.

O, ABŞ-da demokratiyanın qalib gəldiyini deyib.

"Bu gün Amerikanın, demokratiyanın günüdür. Bu gün namizədin deyil, hədəflərin zəfərini qeyd edirik. Məqsəd - demokratiyadır. Xalqın iradəsi dinlənildi. Yenidən demokratiyanın qiymətli, kövrək olduğunu anladıq. Və bu saat dostlar, demokratiya qalib gəldi".

Daha sonra Kaliforniya ştatını təmsil etmiş sabiq senator Kamala Harris vitse-prezident kimi and içib. O, iki əsrdən çox müddətlik ABŞ tarixində ən yüksək vəzifə tutan qadındır. Harrisin etnik mənşəyi Afrika və Hindistandan qaynaqlanır.

Kamala Harris ABŞ tarixində vitse-prezident vəzifəsini icra edən ilk qadın oldu.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR