-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Bərdədə Gəncə sakinləri də xəsarət alıb - Bərdə İH

Bərdədə Gəncə sakinləri də xəsarət alıb - Vidadi İsayev

15:26:48 | 2020-10-29

"Düşmən raketlə artillleriya zərbələrinin atılması üçün Bərdəni təsadüfən seçməyib. Bərdə bu regionda Gəncədən sonra infrastukruru inkişaf edən və əhalisi çox olan ikinci şəhərdir".

GancaPost.info xəbər verir ki, bunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib.

Onun sözlərinə görə, Bərdədə ticarət geniş inkişaf etdiyindən ətraf rayonların sakinləri bu şəhərə tez-tez ticarət məqsədilə gəlirlər.

O qeyd edib ki, Bərdəyə atılan raket atəşləri nəticəsində xəsarət alanlar arasında yalnız Bərdə sakinləri deyil, Gəncə şəhəri, Ağdam və digər ətraf rayonların sakinləri də olub.

Qeyd edək ki, oktyabrın 27-i və 28-də Ermənistan ordusu Bərdə şəhərinin mərkəzini raket atəşinə tutub. Nəticədə 26 dinc sakin həlak olub, 82-dən artıq şəxs yaralanıb. Çoxsaylı yaşayış evləri və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.


ETİKET :  

Daha Çox