-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Azəriqaz" Gəncədə işçilərin maaşından kəsir? - Açıqlama

“Azəriqaz" Gəncədə maaşlardan tutulmalarla bağlı iddialara aydınlıq gətirib.

13:46:33 | 2019-07-10

“Azəriqaz” İB tərəfindən əmək haqlarından heç bir vəsait tutulmur".

GancaPost xəbər verir ki, bu barədə Gəncədə bir qrup şəxslərin maaşlarının müəyyən məbləğinin “Azəriqaz” tərəfindən kəsildiyinə dair iddia ilə bağlı “Report”un sorğusuna cavab olaraq qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

O qeyd edib ki, həmin şəxslər “Azəriqaz” İB ilə xidməti müqavilə əsasında əməkdaşlıq edir, iddia olunan tutulmalar isə onların dövlətə köçürülən rəsmi vergi və sığorta ödənişləridir: “Bu ödənişlər xidməti müqavilə əsasında fərdi sahibkar qismində çıxış edən şəxslər tərəfindən birbaşa Vergilər Nazirliyinə ödənilə bilər və ya bəzən müqavilədə razılaşdırıldığı kimi ödəniş edən qurum (məsələn, “Azəriqaz”) tərəfindən vergi olaraq, rəsmi qaydada Vergilər Nazirliyinə köçürülə bilər. Yaranan anlaşılmazlıq vergi öhdəlikləri ilə bağlı olan məlumatsızlıqdan irəli gəlir. İddianı qaldıran şəxslərə artıq müvafiq məlumatlar verilib və məlumatlandırmada olan nöqsanlar aradan qaldırılıb”.

Qeyd edək ki, “Azəriqaz” İB əlavə işçilər ilə fərdi sahibkarlıq (xidməti) müqavilələri bağlayıb.


ETİKET :  

Daha Çox