-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanlı Yerevanın mərkəzində çəkiliş etdi - VİDEO

İki azərbaycanlı Yerevanın mərkəzində çəkiliş etdi.

05:19:16 | 2020-05-22

Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı Yerevanda yeni çəkdiyi video görüntüləri yayılıb.

GancaPost.info xəbər verir ki, həmin şəxslər Yerevanın mərkəzində rahat şəkildə gəziblər və görüntülər lentə alıblar. Həmin şəxslərin Azərbaycan və rus dillərində söhbət etdiyi öz əksini tapıb.

Onlar söhbəti zamanı bu ifadələri də işlədiblər: “Biz yenidən Azərbaycanın qədim şəhəri olan İrəvandayıq. Pandemiya səbəbindən ölkələrə giriş-çıxış bağlı olduğundan biz burada qalmışıq. Öz həmvətənlərimizi qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik edirik və hər kəsə söz verirəm ki, növbəti videomuzu qədim Azərbaycan şəhəri olan Şuşada çəkəcəm. Buradan isə Ermənistanın Xüsusi Xidmət orqanlarına səslənirəm ki, qətiyyən işləyə bilmirsiniz", - videoçəkilişdə çıxış edən şəxs deyib.

Ehtimal olunur ki, milliyətçə azərbaycanlı olan həmin şəxslər xarici ölkələrdən birinin vətəndaşlarıdır.



ETİKET :  

Daha Çox