-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanın hansı şəhərlərində koronavirus yayılmayıb? - SİYAHI

Azərbaycanda koronavirusun yayılan bölgələrin adları ilk dəfə açıqlanıb.

07:02:23 | 2020-04-05

GancaPost saytı xəbər verir ki, Koronavirus İnformasiya Portalındakı siyahıdan məlum olur ki, Bakının bütün 12 rayonlarında koronavirus yayılıb.
COVİD-19 epidemiyası qeydə alınmayan Azərbaycanın şəhər və rayonlarının siyahısı belədir.
Qərb bölgəsində Yevlax, Bərdə, Goranboy, Gəncə, Göygöl, Samux, Gədəbəy, Şəmkir, Ağstafa şəhərlərində epidemiyaya yoluxma faktı yoxdur.
Cənub zonası üzrə Masallı, Yardımlı və Lerikdə koronavirusa yoluxma faktı qeydə alınmayıb.
Şimal zonası üzrə, Şabranda və Xudatda infeksiyaya yoluxan yoxdur.
Həmçinin, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarından da bu virus hələ ki yan keçib.
Bundan başqa, şimal-şərqdə Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Göyçay, Kürdəmir, Oğuz, Şəki, Balakən regionlarında da koronavirusa yoluxan olmayıb.


ETİKET :  

Daha Çox