-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda ilk dəfə deputat gəlirlərini açıqladı

Azərbaycanda ilk dəfə deputat gəlirlərini açıqladı.

11:35:36 | 2020-08-01

GancaPost.info xəbər verir ki, Milli Məclisin deputatı Erkin Qədirli sosial şəbəkə vasitəsilə maliyyə hesabatını açıqlayıb:

"Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır. Maaşdan başqa gəlirim yoxdur.

Xərclərim:

1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);

2) 2,400 (anamın evində təmir işləri);

3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);

4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);

5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Bunları söylədiyim anda maaş kartımda 9,860 manat 59 qəpik qalır.

Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar. Heç bir bankda kreditim və ya depozitim yoxdur. Heç bir şirkətin səhmdarı deyiləm. Adıma yalnız bir əmlak var - 2007-ci ilin buraxılışı olan Toyota Corolla (tiptronik). 2007-ci ildə Toyota Mərkəzindən 3 illik kreditlə almışdım".


ETİKET :  

Daha Çox