-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda İcra başçıları nə qədər maaş alır?

Azərbaycanda İcra başçılarının maaşları onların rəhbərlik etdiyi ərazidən asılı olaraq dəyişir.

15:12:25 | 2020-02-21

GancaPost saytı oxu.az-a istinadən xəbər verir ki, İcra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir.

Həmin sərəncamla Prezidentin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli, 348 nömrəli sərəncamı dəyişdirilib.

Sərəncama əsasən, İcra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.

Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.

Şəhər, rayon və şəhər rayonu üzrə İcra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir.

Belə ki, əgər İcra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.

Əhalisi 50 min-100 min nəfər olan ərazinin İcra başçısı isə 990 manat maaş alır.

Əhalisi 50 min nəfərdən az olan ərazilərin İcra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır.


ETİKET :  

Daha Çox