-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Azərbaycan xalqı tələb edir ki, uşaq pulu bərpa edilsin”

“Azərbaycan xalqı bu gün tələb edir ki, uşaq pulu bərpa edilsin”.

23:59:49 | 2020-05-19

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib.

O bildirib ki, hamının tələb etdiyi, bu qədər narazılıq yaradan uşaq pulu məsələsinin bərpa olunması üzərində hökumət işləsə yaxşı olar:

"Ünvanlı sosial yardımla uşaq pulunun bərpa olunması arasında elə çox fərq yaranmır. Mən hesablamalar apardım bu rəqəm 70 milyonu keçmədi. İqtisadçılardan da bu məsələyə diqqət yetirmələrini təklif edərdim. Eyni zamanda hökumət də bu məsələyə baxsın. Çünki bu siyasi etimad məsələsidir".


ETİKET :  

Daha Çox