Azərbaycan əhalisi maaşının neçə faizini qidaya xərcləyir?

Azərbaycan əhalisi əməkhaqlarının 43,3 faizini əsas qida məhsullarının alınmasına xərcləyir.

"Report"un məlumatına görə, qardaş Türkiyədə bu rəqəm 19,1% təşkil edir.

Keçmiş sovet respublikaları arasında Estoniyada bu rəqəm 14,6%, Litvada 17,7%, Latviyada 25,6%, Ukraynada 42,1%, Belarusda 43,9%, Rusiyada 44,8%, Moldovada 50,1%, Qazaxıstanda 58,7%, Ermənistanda 61,8%, Türkmənistanda 67,3% təşkil edir.

Bu sahədə ən acınacaqlı vəziyyət Özbəkistandadır. Bu ölkədə əhali aylıq qazancının 253,8%-ni əsas qida məhsullarına xərcləyir. Özbəkistan sakinləri bütün əsas qida məhsullarını alınması üçün ən azı 2,5 ay çalışmalıdırlar.

Dünyada əsas qida məhsullarına ən az vəsait xərcləyən əhali isə Avstraliyadır. Bu ölkədə əhali aylıq minimal maaşlarının cəmi 7%-ni əsas qida məhsullarına xərcləyirlər. Bu isə olduqca yüksək əməkhaqqı məbləği və qida məhsullarının ucuz olması ilə bağlıdır. Belə ki, bu ölkədə hər bir işçi işlədiyi hər bir saat üçün 13 ABŞ dolları əməkhaqqı alır.

İlk onluğa isə Avstraliyadan sonra Böyük Britaniya (7,3%), İrlandiya (7,3%), Niderland (8,6%) Səudiyyə Ərəbistanı (9%), İspaniya (9,2%), Almaniya (9,3%), Lüksemburq (9,5%), Kanada (11,9%), Belçika (11,9%) və Fransa (12,7%) daxildir.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR