-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

ATƏT DTİHB Parlament seçkiləri ilə bağlı aralıq hesabat yayıb

ATƏT DTİHB Azərbaycanda keçiriləcək parlament seçkiləri üzrə aralıq hesabatını açıqlayıb.

02:18:11 | 2020-01-31

Yanvarın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidə missiyası 9 fevral Parlament seçkiləri ərəfəsində Azərbaycandakı vəziyyətlə bağlı aralıq hesabatı açıqlayıb.

GancaPost saytı xəbər verir ki, hesabat ATƏT-in rəsmi saytında ingilis və azərbaycan dilində dərc olunub.

Hesabat müəllifləri ölkədə ədalətli demokratik seçkilərin keçirilməsinə mane olan ciddi problemlərin olduğunu qeyd edirlər. Gender balansı pozulub və qadınlar getmiş parlamentdə pis təmsil olunublar.

Ölkə konstitusiyası əsas hüquq və azadlıqlara, o cümlədən sərbəst toplaşma, fikrin ifadə olunması, assosiasiya və məlumat əldə etmək azadlığına, habelə siyasi həyatda iştirak hüququna zəmanət verir. Lakin DTİHB və Venesiya Komissiyasının sərbəst toplaşma və ifadə azadlığı, media mühiti və namizədlərin qeydiyyatı ilə bağlı bir çox tövsiyəsi yerinə yetirilməyib.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi jurnalistlərin sərbəst və təhlükəsiz işləmək imkanları ilə bağlı narahatlığını ifadə edir.

Seçkiləri müşahidə etməkdə xeyli təcrübəsi olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi qeydiyyata alınmayıb və monitorinq keçirmək hüququna malik deyil, hesabatda deyilir.


ETİKET :  

Daha Çox