Ailə başçısını itirənlərə müavinət necə təyin edilir? - VİDEO

Ailə başçısını itirməyə görə müavinət sosial müavinətlərin bir növü olan aylıq müavinətlərə aiddir.

Bu müavinətdən kimlər yararlana bilər?

* Əmək qabiliyyəti və əmək pensiyası almaq hüququ olmayan şəxslər və ya;

* Valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat edən, 8 yaşınadək uşaqlarına baxan və işləməyən şəxslər bu müavinətdən yararlana bilərlər.

Sözügedən müavinətin təyin edilməsi müddətləri hansılardır?

* vəfat etmiş şəxsin uşaqları 18 yaşına çatanadək, əyani təhsil alanlar isə 23 yaşına çatanadək;

* vəfat etmiş şəxsin 18 yaşından yuxarı əlil uşaqları əlillik müddətinədək;

* vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri uşağın 8 yaşınadək bu müavinəti almaq hüququna malikdir.

Müavinət üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına müvafiq sənədlərlə yaxınlaşaraq müraciət edilməlidir:

* Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti;

* Onun ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;

* Vəfat edənin övladlarının təhsil alması barədə arayış;

* Vəfat edənin 18 yaşından yuxarı əlil uşaqları barəsində Tibbi-Sosial Ekspert Komissiyasının qərarının surəti;

* Vəfat edənin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynlərdən və ya qohumlardan birinin qohumluq münasibətlərini təsdiq edən sənədin surəti;

* Müavinət təyin olunması üçün şəxsin yaşını, yaşayış yerini və ailə vəziyyətini təsdiq edən sənədin surəti.

Qeyd edilən zəruri sənədlərlə birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.

Qeyd edək ki, hazırda ailə başçısını itirməyə görə müavinətin məbləği 80 manat təşkil edir.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR