-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ağstafada dağıdılan 8 min illik abidəyə kim məsuliyyət daşıyır?

Dağıdılan səkkiz min illik abidəyə nəzarət olunmurdu.

15:35:11 | 2019-07-09

Ağstafada səkkiz min illik tarixi abidənin dağıdılması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır.

GancaPost xəbər verir ki, Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov oxu.az-ın sorğusuna cavab olaraq abidənin ərazisinin dağıdılması ilə bağlı aparılan araşdırmalardan sonra müvafiq qaydada addımlar atılacağını deyib:

“Qeyd edim ki, həmin abidə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısında qeydiyyata alınmayıb. Ona görə də həmin ərazi diqqətdən kənarda qalıb, yerli mühafizəçilər tərəfindən nəzarət olunmayıb”.

Qeyd edək ki, Ağstafada səkkiz min il tarixi olan, Qafqazda ən qədim arxeoloji qazıntı sahəsi dağıdılıb. Ərazidə tapılan maddi mədəniyyət nümunələrinin tədqiqindən sonra bəlli olub ki, qədim yaşayış sahəsi Neolit dövrünə aiddir.


ETİKET :  

Daha Çox